Almaniya Kansleri Olaf Şolz və Fransa Prezidenti Emmanuel Makron arasında Ukraynaya yardımla bağlı fikir ayrılıqları ikincinin Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları fonunda açıq düşmənçiliyə çevrilir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” yazır.
ABŞ nəşri bildirir ki, Makron Ukrayna ilə bağlı “sərt” danışmağa hazırdır, amma Berlinlə müqayisədə kifayət qədər addım atmayıb.
Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, Almaniya Ukraynaya 17 milyard, Fransa isə cəmi 640 milyon avro verib.
Həmçinin nəşri əlavə edir ki, Fransa Ukraynanın vacib silahlarla təmin edilməsinə qarşı çıxırlar, bunda almanlardan daha çox tərəddüd edir.
“Şolz və Makron arasında Ukraynaya hərbi yardımla bağlı fikir ayrılıqları açıq düşmənçiliyə çevrilir”, - nəşr vurğulayır.