5 Mart 08:15
317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üsyançı “Ənsar Allah” hərəkatının hərbi nümayəndəsi Yəhya Saria Yəmən husilərinin Ərəbistan dənizində İsrailin MSC SKY gəmisinə hücum etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Al Masirah” məlumat yayıb.

Məlumata görə, Yəmənin Hərbi Dəniz Qüvvələri İsrail gəmisinə raketlərlə hücum edib.

Yəhya Saria zərbənin dəqiq və birbaşa olduğunu vurğulayıb.

Bundan əvvəl “Ənsar Allah” hərəkatının Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi Ədən körfəzində Britaniyanın “Rubymar” gəmisinə endirilən zərbələrə görə Baş nazir Rişi Sunakı təqsirləndirib. O, həmçinin Britaniyaya gəmiyə girişlə bağlı ultimatum verib.


Müəllif: Teleqraf.com