7 Mart 01:28
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın şimal-şərqində “Boko Haram” silahlıları tərəfindən 100-dən çox qadın qaçırılıb.

Teleqraf.com xəbər verir ki, köçkün düşərgəsindən olan bir qrup qadın Kamerun sərhədi yaxınlığında odun yığarkən silahlı şəxslərin hücumuna məruz qalıb. Bəziləri qaça bilsə də, digərləri silahlılar tərəfindən əsir götürülərək naməlum istiqamətə aparılıb.

Məlumata görə, terrorçular 117 qadını əsir götürüblər.


Müəllif: Teleqraf.com