7 Mart 12:07
2 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri Şimali İraqda quru hərbi əməliyyat keçirməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.

"İlk növbədə "Pəncə-Kilid" əməliyyatının həyata keçirildiyi bölgədə genişmiqyaslı quru əməliyyatı həyata keçiriləcək. Əməliyyatdan əvvəl İraq mərkəzi administrasiyası və Bərzani ailəsinin nəzarətində olan Ərbil administrasiyası ilə razılıq əldə olunub.

Məlumatda bildirilir ki, Türkiyə ordusunun hədəfi PKK terror təşkilatı olacaq: "Ankara sərhədin 378 km-lik hissəsini keçiddən bağlamağı planlaşdırır".


Müəllif: Əsəd Məmmədəliyev