29 Mart 10:04
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Suriyanın Hələb şəhərini vurub, hava hücumu nəticəsində çox sayda insan həyatını itirib.

Teleqraf.com xəbər verir ki, hücumun ehtimal olunan hədəfi “Hizbullah” terror təşkilatının raket anbarları olub.

İddiaya görə, İsrail aviasiyasının Hələb yaxınlığındakı kəndlərə endirdiyi aviazərbələr nəticəsində azı 33 mülki şəxs və Suriya ordusunun hərbçisi ölüb və yaralanıb.

“Röyter” 33, Suriya İnsan Haqları Müşahidə Qrupu 36 nəfərin öldüyünü iddia edir.

Suriya rejimi İsrailin Hələb və ətrafını PUA-larla hədəfə aldığını açıqlayıb.

Yerli mənbələrin AP xəbər agentliyinə verdiyi məlumata görə, İsrailin zərbələri Hələb beynəlxalq hava limanı yaxınlığındakı Cibrin şəhərinin cənubundakı “Hizbullah”ın raket anbarlarına endirilib.

İsrail hələlik zərbələrlə bağlı hər hansı açıqlama verməyib.

Martın 26-da İsrail Hərbi Hava Qüvvələri Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərinə aviazərbələr endirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu