2 Aprel 11:10
4 942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu Rusiyanın Tatarıstan Muxtar Respublikasında İran PUA-larının (“Şahid”) yığıldığı zavodu vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən (QUR) yeri mətbuata bildirilib.

“Bu, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatıdır. Rusiya hərbçilərinin “Geran-2” adlandırdıqları “Şahid” tipli pilotsuz kamikadze dronlarının yığıldığı zavoda hücum edilib. Zərbə nəticəsində istehsal obyektində ciddi dağıntı baş verib”, - məlumatda deyilir.

Bundan başqa, Tatarıstanın Nijnyokamsk şəhərindəki neft emalı zavodu PUA-larla vurulub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər