Portuqaliya Xarici İşlər Nazirliyi Hörmüz boğazında İran xüsusi təyinatlıları tərəfindən saxlanılan Portuqaliya bayrağı altında üzən MSC Aries ticarət gəmisi ilə bağlı İran rəsmilərindən məlumat istəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyi Tehrandan izahat və əlavə məlumat tələb etdiklərini qeyd ediblər.
Aprelin 13-də məlum olub ki, Hörmüz boğazında İran xüsusi təyinatlıları helikopterlə israilli milyarderlə əlaqəli gəmini zəbt ediblər. Qeyd olunur ki, söhbət Portuqaliya bayrağı altında üzən MSC Aries konteyner gəmisindən gedir. Gəmi israilli milyarder Eyal Oferin "Zodiac Group"-un bir hissəsi olan Londonda yerləşən Zodiac Maritime ilə əlaqələndirilir. "Zodiac" hadisə ilə bağlı şərh verməkdən imtina edib.