14 Aprel 00:50
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb.

Bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, İran rəhbərliyi paytaxt üzərində hava məkanının bağlanması barədə göstəriş verib.

Televiziya kanalı qeyd edib ki, Tehran və onun ətrafı üzərində uçuşlara qadağa səlahiyyətlilərin növbəti xəbərdarlığına qədər tətbiq edilib.


Müəllif: Pərvin Cəfərova