Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Abdullahian İranın Dəməşqdəki konsulluğa zərbəyə cavab olaraq İsrailə qarşı gördüyü tədbirlər barədə həmkarını məlumatlandırıb.
Tərəflər Qəzzada dərhal atəşkəsin təmin edilməsinin vacibliyini diqqətə çatdırıblar.