İranın İsrailə atdığı ballistik raketlərin yarısı hədəfə çatmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən “ABC News” məlumat yayıb.
“İranın İsrailə atdığı ballistik raketlərin ən azı yarısı ya buraxıla bilməyib, ya uçuşda uğursuz olub, ya da İsraildəki hədəflərinə çatmadan yerə düşüb”, - kanal bildirir.
“ABC News” vurğulayır ki, İsrail və müttəfiqləri İranın atdığı ballistik raketlərin yarısını hədəflərə çatmadan məhv ediblər.
ABŞ rəsmisi deyir ki, İran İsrail istiqamətində 300-dən çox PUA, 115-135 qanadlı və ballistik raket atıb.
Həmçinin ABŞ Silahlı Qüvvələri İranın İsrailə hücumu zamanı 80 pilotsuz təyyarə və ən azı 6 ballistik raketin məhv edildiyini açıqlayıb.
Atış zamanı uğursuzluqla üzləşən PUA və ballistik raketlərin sayı da kifayət qədərdir.
Aprelin 14-nə keçən gecə İran raketlər və kamikadze dronlarla İsrailə hücum edib. İsrail Müdafiə Qüvvələri 185-dən çox PUA, 36-dan çox qanadlı raket və 110 ballistik raketin buraxıldığını bildirib. Bunların 99 faizi müttəfiqlərin köməyi ilə zərərsizləşdirilib.