Artıq Üçüncü Dünya Müharibəsi başlayıb, Rusiya-Ukrayna münaqişəsi də bu prosesin tərkib hissəsidir.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Telegraph” yazır.
“İstəsəniz də, istəməsəniz də, Rusiyanın Ukraynadakı savaşı dünya müharibəsinin bir hissəsidir”, - məqalədə deyilir.
Britaniya nəşri bildirir ki, qlobal müharibə Rusiya və müttəfiqlərini - Çin, İran və Şimali Koreyanı Qərb, xüsusilə ABŞ ilə üz-üzə qoyub:
“Hazırda yalnız bu dörd avtokratiya özünü elə aparır ki, sanki müharibə həqiqətən qlobal xarakter daşıyır. Qərb də bunu başa düşməyincə, Ukrayna əlverişsiz vəziyyətdə qalacaq”.
Nəşr qeyd edir ki, Rusiya öz müttəfiqlərini səfərbər edir, xüsusən də İrandan PUA-lar, Şimali Koreyadan artilleriya mərmiləri, Çindən sənaye komponentləri alır, Qərb isə hələ də Ukraynadakı müharibəni iki dövlət arasında regional mübahisə kimi görür.
“Dünyanın ən güclü avtokratiyaları artıq Ukraynadakı savaşı dünya müharibəsi kimi qəbul edirlər. Onlar Rusiya kimi ölkələrin istənilən vaxt və hər yerə hücum etmək, ələ keçirmək və əzmək gücünü təsdiqləmək üçün Moskvanı dəstəkləyirlər”, - məqalədə vurğulanır.