15 Aprel 23:09
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta” Türkiyədə “Threads” tətbiqini müvəqqəti bağlayacaq.

Teleqraf.com xəbər verir ki, buna səbəb Rəqabət Qurumunun qərarıdır. Şirkət qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

“Türkiyədə “Threads” istifadə edən hər kəs aprelin 29-dan əvvəl qərarla bağlı məlumatlandırılacaq”, - deyə şirkətdən vurğulanıb.

Qeyd edilir ki, istifadəçilər “Threads” profillərini dondura, yaxud tamamən silə biləcəklər. “Threads” Türkiyəyə qayıdarsa, profillərini dondurmağı seçən insanların paylaşımları yenidən görünəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər