15 Aprel 23:34
304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seneqalın cənub-şərqində çəkisi 1 tondan çox olan kokain partiyası ələ keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Baş Gömrük İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, yükün ölçüsü Seneqal tarixində quruda aşkar edilən ən böyüyüdür.

Səlahiyyətlilərin məlumatına görə, ümumi çəkisi 1 137 kq olan partiyanın dəyəri təqribən 137 milyon avrodur. 948 kisə kokain iki dibli yük maşınında gizlədilib. Gömrük İdarəsi yük maşınının qonşu ölkədən gəldiyini bildirsə də, konkret ölkə adı açıqlanmayıb.

Narkotiklər ən son texnologiyaların, o cümlədən skanerlərin tətbiqi ilə aşkar edilib.


Müəllif: Teleqraf.com