16 Aprel 01:51
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Parlamentdə çıxışı zamanı İranın İsrailə raket hücumundan danışıb və hər iki ölkəni təmkinli olmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Sunak təhlükəsizlik və sabitliyin önəmindən bəhs edib. Britaniyanın İsrailin yanında olduğunu bildirib. O, məsələni müzakirə etmək üçün qısa müddətdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışacağını da qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər