19 Aprel 00:55
279
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Google” İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib.

Etirazlara səbəb “Google” və “Amazon”un İsrail hökuməti ilə Nibmus layihəsi çərçivəsində bulud hesablama xidmətləri, o cümlədən süni intellekt və maşın öyrənmə texnologiyaları təqdim etmək üçün müqavilə bağlaması olub.

Şirkət daxilində etirazlar “qəbuledilməz və son dərəcə pozucu” adlandırılıb.


Müəllif: Teleqraf.com