19 Aprel 10:29
1 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresi Ukraynaya yardımı indi təsdiqləməsə, ilin sonuna qədər müharibəni uduzacaqlar.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.

Amerikanın baş kəşfiyyatçısı konqresmenləri Ukraynaya dəstək üçün əlavə qanun qəbul etməyə çağırıb.

“Ukraynalılar hərbi yardımın həm praktiki, həm də psixoloji cəhətdən təmin edəcəyi təkanla il ərzində dayanmağa və Putinin zamanın onun tərəfində olduğuna dair təkəbbürlü fikrini darmadağın etməyə kifayət qədər qadirdir. Ciddi real risk var ki, ukraynalılar ilin sonuna qədər döyüş meydanını uduzsunlar və ya heç olmasa, Putini siyasi nizamlanma şərtlərini diktə edə biləcək bir vəziyyətə gətirsinlər”, - Börns vurğulayıb.

MKİ rəhbərinin sözlərinə görə, hazırda Ukraynaya dəstək Rusiya ilə müharibədən daha çox şey deməkdir:

“Söhbət həm də Çindəki Si Cinpin, onun ambisiyaları və Hind-Sakit okean regionundakı müttəfiqlərimiz və tərəfdaşlarımızdan gedir. Söhbət düşmənlərimizin etibarlılığımızı və qətiyyətimizi dərk edib-etməməsindən, müttəfiqlərimizin və tərəfdaşlarımızın da bunu başa düşməsindən gedir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər