Əgər İsrailin İsfahanda İranın PUA, ballistik raket, təyyarə və digər hərbi aviasiya obyektlərinə zərbələr endirmək üçün dronlardan istifadə etdiyinə dair məlumat doğrudursa, baş verənlər əvvəllər sınanılmış oyunun çərçivəsindən kənara çıxacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “Yerusəlim Post” yazır.
İsrail nəşri bildirir ki, hücumda uzaqmənzilli raketlərdən istifadə olunması da mümkündür. İran hələlik pilotsuz təyyarələrlə olduğunu bildirir.
Tehranın iddiasına baxmayaraq, 2023-cü ilin yanvarında da Qərb kəşfiyyatı və digər xarici mənbələr İsfahana pilotsuz təyyarə hücumunun böyük uğur olduğunu bildirmişdi.
Mediada qabaqcıl silahlar hazırlayan obyektdə 4 dəfə partlayışın baş verdiyinə dair görüntülər var. Yəni zərər İranın iddia etdiyi “kiçik dam zədəsi”ndən daha ciddidir.
2020-ci ilin iyulunda İranın Natanz nüvə obyekti, 2021-ci ilin aprelində Natanzdakı digər nüvə obyekti və iyunda Kərəcdəki başqa bir nüvə müəssisəsinə eyni uğurlu hücumları MOSSAD-a borcludurlar. Keçmiş baş nazir Naftali Bennet 2022-ci ilin fevralında İranın PUA müəssisəsinə hücumun əmrini şəxsən verdiyini açıqlamışdı.
Hər hücumdan sonra Tehran bu həmlələrin uğursuzluqla nəticələndiyini göstərməyə çalışır. Yalnız peyk fotoşəkilləri və ya digər sübutlar ictimai sferaya daxil olduqda, dəymiş ziyanın miqyasını etiraf edir.
Həm 2023-cü ilin yanvarı, həm də bugünkü hava hücumlarında qabaqcıl silahların istehsal olunduğu müəssisələrin hədəfə alındığı bildirilsə də, nüvə proqramının mərkəzinə toxunulmadığı vurğulanır. Yəni heç bir nüvə obyekti vurulmayıbsa, cavab İran və Qərb tərəfindən məhdud sayıla bilər.
İsfahan müxtəlif nüvə, eləcə də qeyri-nüvə və hərbi məsələlər üçün mühüm hədəfdir. Tehran vaxtilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) 2021-ci ilin iyun ayınadək Kərəc nüvə obyektində həyata keçirilən nüvə fəaliyyətlərinin bir hissəsinin İsfahana köçürüldüyünü bildirmişdi.