İsrailin son hücumu öz qüvvələrinin İranın hava hücumundan müdafiə sistemlərindən asanlıqla yan keçə biləcəyi ilə bağlı Tehrana xəbərdarlıq mesajı idi.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Quru Qoşunlarının istefada olan generalı Mark Makkarti deyib.
“İsraillilər qisas almalı idilər, bu, həm də qisas mesaj idi ki, bir daha bunu etmə, etsən, fəlakətlə üzləşəcəksən”, - general vurğulayıb.
Makkarti onu da qeyd edib ki, İsrail ayıq-sayıq olmalıdır, çünki İran qisas ala bilər.