İsrailin aprelin 19-da İrana endirdiyi zərbə insan tələfatı və ciddi dağıntılarla nəticələnməyib.
Teleqraf.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
"İsrailin mini-dronları İrana ciddi ziyan vurmayıb və itkilərə səbəb olmayıb", - deyə o bildirib.
Qeyd edək ki, aprelin 19-da İranın İsfahan və Təbriz şəhərləri yaxınlığında partlayış səsləri eşidilib. İsfahanda pilotsuz uçan aparatların hücumu qeydə alınıb.