20 Aprel 09:27
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekvador Prezidenti Daniel Noboa enerji böhranı ilə əlaqədar ölkədə 60 gün müddətinə fövqəladə vəziyyətin tətbiqi haqqında fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, fərmana görə, bu tədbir enerji çatışmazlığı probleminin həlli üçün kifayət qədər vaxtın olmasını təmin etmək və yaxın gələcəkdə vəziyyətin sabitləşəcəyini nəzərə alaraq hazırda elektrik enerjisindən səmərəli istifadə məqsədi daşıyır.

Bundan əlavə, fərman mühüm enerji infrastrukturu obyektlərinin təxribat, terror hücumları və digər təhlükələrdən mühafizəsi məqsədilə polisin və silahlı qüvvələrinin səfərbər edilməsini nəzərdə tutur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər