20 Aprel 22:42
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya hərbi və maliyyə yardımı haqqında qanunu dəstəkləməsinə cavab verib.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkədə paylaşım edib.

“Mən ABŞ Konqresinin Nümayəndələr Palatasına, hər iki partiyaya və şəxsən spiker Mayk Consona minnətdaram ki, tarixin düzgün kursunu qoruyan qərara görə demokratiya və azadlıq dünyada həmişə önəmli olacaq və Amerika onu qorumağa kömək etdikcə, heç vaxt uğursuz olmayacaq" - deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, bu gün Nümayəndələr Palatası tərəfindən qəbul edilən ABŞ-a yardım haqqında qanun layihəsi müharibənin yayılmasının qarşısını almağa, minlərlə insanın həyatını xilas etməyə və hər iki xalqımızı daha güclü etməyə kömək edəcək.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər