ABŞ, NATO və Avropa Birliyi Ukraynaya kimin daha çox silah verə biləcəyini görmək üçün mahiyyət etibarilə bir-biriləri ilə rəqabət aparırlar.
Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
"Brüsseldə II Dünya müharibəsinə hazırlıq intensivləşir. ABŞ, NATO və Avropa Birliyi hazırda sülhün möhkəmləndirilməsinə və diplomatik həll yollarının tapılmasına diqqət yetirmək əvəzinə, Ukraynaya hərbi yardımı koordinasiya etmək hüququ uğrunda yarışırlar. Bu, Rusiya ilə münaqişənin kəskinləşməsinə gətirib çıxarır. Yeni Dünya müharibəsinə hazırlıq dayandırılmalıdır", - nazir bildirib.