22 Aprel 17:52
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Nigerdəki hərbi çevrilişdən sonra hakimiyyətə gələn hərbi xuntanın tələbi ilə hərbi qüvvələrini bu ölkədən çıxarmağa razılaşıb.

Teleqraf.com xəbər verir ki, qoşunların çıxarılması barədə qərar ABŞ dövlət katibinin müavini Kurt Kempbell və Niger baş naziri Əli Mahaman Lamin Zeynə arasında Vaşinqtonda keçirilən görüşdə qəbul edilib.

ABŞ nümayəndə heyətinin təxminən 1000 hərbçinin nizamlı şəkildə geri çəkilməsini təmin etmək üçün bir neçə gün ərzində Nigerin paytaxtı Niameyə getməsi gözlənilir.

Niger keçən ay ABŞ ilə 12 illik hərbi əməkdaşlıq müqaviləsini ləğv edib.

Son həftələrdə Rusiyadan Nigerə onlarla hərbi təlimçi və qabaqcıl hava hücumundan müdafiə sistemi göndərildiyi bildirilir.

Nigerin yeni hökuməti ötən ildən Türkiyə ilə də hərbi-texniki sahədə əməkdaşlığını genişləndirir. Türkiyədən bu ölkəyə çoxlu sayda PUA göndərilib.

Nigerdə prezident Məhəmməd Bazum 2023-cü il iyulun 26-da özünün mühafizə alayı tərəfindən devrilib. Çevrilişlə hakimiyyəti ələ keçirən xuntanın ilk işi Fransa səfiri və hərbçilərini ölkədən qovmaq olmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər