Avropa İttifaqına üzv ölkələr İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirmək üçün razılığa gəliblər.
Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Aİ Şurasının Lüksemburqda keçirilən iclasından sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sanksiyalar Rusiyaya pilotsuz uçuş aparatlarının və raketlərin tədarükünə də təsir edəcək.