23 Aprel 00:58
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan “TikTok” platformasına girişin bağlanması imkanlarını araşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin mədəniyyət və informasiya naziri Aida Balayeva jurnalistlərə bildirib.

“Demirəm ki, biz bunu artıq qadağan edirik. Sadəcə bu barədə düşünürük, çünki qonşu dövlətlər və digər ölkələr də belə tədbirlər görür, biz də öyrənirik”, - deyə o bəyan edib.

Nazirin sözlərinə görə, sosial şəbəkədə dələduzluq və yalan məlumatların yayılması halları artıb.

Qeyd edək ki, aprelin 19-da “TikTok” Qırğızıstanda bloklanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər