31 Oktyabr 15:34
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim iddiamızın əksinə olaraq, şampan Ermənistanda tapılmış bir içki deyil. Məsələn, mən yaxınlarda bilmişəm ki, şampan içki yox, konyak kimi (Avropada) bir bölgənin adıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Bu gün bir çox istiqamətlərdəki ixrac problemləri bu fenomenlə bağlıdır. Biz sovet şampan istehlak mədəniyyətindən gəlirik. Şampan şərabını bizim yaratdığımızı kiməsə sübut etməyə çalışmaq lazım deyil. Qeyd edim ki, belə bir şey ola da bilməz, çünki şampan konyak kimi bir bölgənin adıdır. Yəni Konyak bölgəsində əldə edilən üzümdən istehsal olunan markaya aiddir.

Belə suallarla qarşılaşmadan və onları həll etmədən müasir iqtisadiyyata sahib olmaq mümkün deyil. Məsələn, bu gün konyak Fransa üçün qeyri-maddi dəyərdir. Bu gün qeyri-Fransa ölkələri deyəndə ki, “bilirsinizmi, bizim də necə konyaklarımız var?”, kənardan gülürlər”, - baş nazir vurğulayıb.

Paşinyan əlavə edib ki, belə iddiaları bir qırağa qoyub, məsələn, Dilicandan keçən dövlətlərarası yolun üzərində hamam tikmək lazımdır: “Sizin Dilicanda dövlətlərarası yolda hamam yoxdur, bu, çox biabırçı bir şeydir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər