31 Oktyabr 22:44
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Baş Prokurorluğu Rusiya Federasiyasının xeyrinə casusluqda şübhəli bilinən şəxsə ittiham irəli sürüb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Federal Baş Prokurorluğu məlumat yayıb.

“2024-cü il oktyabrın 18-də Federal Prokurorluq Almaniya və Rusiya vətəndaşı Diter S.-yə qarşı ittiham irəli sürüb” - məlumatda bildirilir.

İttihama görə, həmin şəxs xaricdə terror təşkilatına üzv olmaqda şübhəli bilinir. Bundan əlavə, o, dövlət üçün təhlükə yaradan terror aktı hazırlamaqda ittiham olunur.


Müəllif: Arzu

Oxşar xəbərlər