İrəvan hələlik Bakıda keçiriləcək COP29 sammitində iştirakını təsdiqləmir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararart Mirzoyan bildirib.
“COP29-da iştirakımız heç bir şəkildə təsdiqlənmir, dəvət almışıq, bu məsələdə heç bir rəsmi reaksiya və münasibət göstərmədik. Əlbəttə, bunu (iştirakı) istisna etmirik, amma nədən danışdığımızı anlamalıyıq”, - nazir vurğulayıb.
Qeyd edək ki, COP29 sammiti noyabrda Bakıda keçiriləcək. Azərbaycan Ermənistanı sammitdə iştiraka dəvət edib.