Norveç F-16 qırıcıları üçün silah və ehtiyat hissələrinin alınması üçün Ukraynaya 118 milyon dollardan çox vəsait ayıracaq.
Teleqraf.com xəbər verir ki, bunu oktyabrın 29-30-da Odessaya səfəri zamanı ölkənin müdafiə naziri Byorn Arild Qram deyib.
“Funksional hava hücumundan müdafiə təkcə təyyarələr deyil, həm silahlar, həm də müntəzəm texniki xidmət tələb edir. Hədiyyə edilən təyyarənin istismarı və texniki xidməti üçün maliyyə lazımdır... Norveç də buna öz töhfəsini verəcək”, - deyə Müdafiə Nazirliyinin rəhbəri bildirib.