31 Oktyabr 10:32
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda Nikol Paşinyan hökumətinə qarşı “Üçüncü Qüvvə” platforması yaradılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” məlumat yayıb.

Nəşr qurumun məqsədinin Ermənistanda hakimiyyət dəyişikliyi olduğunu yazır.

“Əldə etdiyimiz məlumata görə, Ermənistanın ictimai-siyasi həyatında əlamətdar hadisə baş verib. İrəvanda “Elit Plaza” biznes mərkəzində bağlı qapılar arxasında, mediasız, bir neçə partiya və onlarla QHT-nin iştirakı ilə toplantı keçirilib. İclasda “Üçüncü Qüvvə” platformasının yaradıldığı elan edilib. Üç saata yaxın davam edən tədbirə 600-ə yaxın insan qatılıb”, - erməni nəşri bildirir.

“Past” qeyd edir ki, toplantıda təkcə Ermənistan yox, xaricdən, həm Rusiya, həm də Qərbdən çox sayda erməni ictimai-siyasi xadimləri iştirak edib:

“Mənbəmiz bildirir ki, gərgin müzakirələrin sonunda platformanın “yol xəritəsi” qəbul olunub.

Yeri gəlmişkən, hələ martın ortalarında Arman Vardanyanın rəhbərlik etdiyi “Birlik” Hərəkatı mövcud siyasi sistemə real alternativ kimi güclü siyasi qütbün formalaşdığını açıqlamışdı. Bundan sonra hərəkat eyni məqsəd çərçivəsində bir neçə kütləvi tədbir keçirmişdi. Bu toplantıların nə dərəcədə əlaqəli olduğunu müəyyən etmək mümkün olmayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər