31 Oktyabr 20:07
222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və KXDR arasında hərbi əməkdaşlıq Cənubi Koreyanın təhlükəsizliyinə təhdidləri artıra bilər.

Teleqraf.com xəbər verir ki, bunu Cənubi Koreyanın müdafiə naziri Kim Yon Hyun deyib.

"Rusiyanın hərbi-elmi texnologiyaları Şimali Koreyaya verilərsə, bu, təhlükələri daha da artıra bilər", - nazir Vaşinqtonda mətbuat konfransında deyib.

Hyon qeyd edib ki, Pxenyan Moskvanın köməyi olmadan belə, qitələrarası ballistik raketlərin atmosferə buraxılması texnologiyasını yaratmağa yaxınlaşır.


Müəllif: Arzu

Oxşar xəbərlər