Ukraynaya qoşun yeritməyə hazır olan daha üç ölkə var.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Devid Tafuri deyib.
Onun sözlərinə görə, Şimali Koreyadan sonra digər müttəfiqləri də Rusiyaya müharibədə fəal kömək edəcəklər:
“İran, Suriya və Çin də daxil olmaqla Rusiyanın tərəfində olan və Ukraynaya qoşun göndərə biləcək bir neçə ölkə var. Bu, bizi (Qərbi) narahat eləməlidir”.
Tafurinin fikrincə, Rusiya Ukrayna ərazisində ağır itkilər verdiyi üçün Şimali Koreya qüvvələrinə ehtiyacı yaranıb:
“Həmçinin Rusiyanı hərbi-sənaye kompleksini saxlaması üçün lazım olan bəzi komponent və avadanlıqlarla təmin edə bilərlər. Amma bu o demək deyil ki, Şimali Koreyanın bacarıqlı ordusu yoxdur, Rusiyanı əlavə qüvvələrlə təmin edir”.