İran noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl İsrailin son hücumuna “qətiyyətli və ağrılı” cavab verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.
Tehrandakı müzakirələrdən xəbəri olan mənbə kanala deyib: “İranın sionist rejimin (İsrail) təcavüzünə cavabı qəti və ağrılı olacaq”.
İsrail İrana xəbərdarlıq edib ki, ərazisinə növbəti hücumlar qətiyyətlə qarşılanacaq.