31 Oktyabr 17:07
3 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ilə müharibədə Moskvaya kömək məqsədilə Rusiyaya göndərilmiş Şimali Koreya qüvvələrinə üç general rəhbərlik edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” yazır.

Ukraynanın BMT Təhlükəsizlik Şurasındakı nümayəndə heyəti bəyan edib ki, Rusiyaya göndərilən 500 koreyalı zabitlər arasında üç general da var.

Ukrayna kəşfiyyatı 11-ci Xüsusi Təyinatlı Korpusunun rəisi general-polkovnik Kim En Bok da daxil olmaqla, digərlərinin şəxsiyyətlərini müəyyənləşdirib. Bura Baş Qərargah rəisinin müavini, Baş Kəşfiyyat Bürosunun rəisi general-polkovnik Ri Çanq Ho və Baş Əməliyyat İdarəsinin rəisi general-mayor Sin Kum Çol da daxildir.

Ri Çanq Ho 2022-ci ildən Şimali Koreyanın baş kəşfiyyatının sükanı arxasındadır. General Kim En-Bokla birlikdə bir çox tədbirlərdə Şimali Koreya lideri Kim Çen Inı müşayiət edib.

Analitik Maykl Maddenin fikrincə, Kim En Bokun rolu Rusiya üçün daha önəmli ola bilər. Şimali Koreya qüvvələri ilə bağlı qərarları o verəcək. Maddenə görə, bundan sonra komandanı polkovnik və ya generallardan birinə təhvil verə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər