XVII əsrdə yaşamış britaniyalı alim İsaak Nyutonun hesablamalarına görə, dünyanın sonu 36 ildən sonra gələcək.
Teleqraf.com xəbər verir ki, elm adamı bir dəfə İncilin mənasını deşifrə etməyə və Qiyamətin dəqiq tarixini müəyyənləşdirməyə çalışıb.
Son vaxtlara qədər Nyutonun istədiyi tarixi kəşfə nail olub-olmadığı məlum deyildi. Britaniyanın “Daily Telegraph” qəzetinin yazdığına görə, Nyutonun hesablamalarının nəticəsini ehtiva edən qeydlər 1930-cu illərdə Yerusəlim kitabxanasında (İsrail) tapılıb.
Nyutona görə, Qiyamət 2060-cı ildə qopacaq.