31 Oktyabr 14:30
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan vətəndaşlarının əksəriyyəti ölkənin müstəqilliyinin dəqiq gününü bilmir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.

“Aparılan sorğunun nəticələrinə görə, Ermənistan vətəndaşlarının əksəriyyətinin ölkənin müstəqilliyinin dəqiq gününü bilməməsi məni çox təsirləndirdi. O anket mənim stolumun üstündədir, tez-tez açıram, vərəqləyirəm. Biri günü düz deyir, ayı səhv, o biri əksini söyləyir və sair. Biz bu problemi maarifləndirmə işimizə qoymalıyıq ki, vətəndaşlar öz dövlətlərini, bunun nə olduğunu, necə işlədiyini, bütün üstünlükləri və mənfi cəhətləri ilə bilsinlər”, – baş nazir vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər