İran İsrailin cavab tədbirinə qarşılıq verməməlidir, amma bunu etsə, ABŞ yəhudi dövlətini dəstəkləyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karin Jan-Pyer deyib.
“İran İsrailin cavab tədbirinə cavab verməməlidir. Bunu etməməlidirlər. Əgər bunu etsələr, biz İsraili müdafiə etməklə dəstəkləyəcəyik, amma onlar buna getməməlidirlər”, - ABŞ rəsmisi vurğulayıb.