31 Oktyabr 16:38
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenskinin “sülh planı” şizofreniya əlamətidir, bu, onun digər təşəbbüsləri kimi Avropaya sülh gətirməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Bir-iki həftə əvvəl bu şəxs (Zelenski) şizofrenik bir “qələbə planı” yayımlayıb. Aydındır ki, nə qətnamələr, nə bu plan, nə də Ukraynanın NATO və ya Avropa Birliyinə üzvlüyü ilə bağlı fantaziyalar Avropaya sülh gətirəcək”, - nazir bildirib.

Lavrovun fikrincə, Ukraynada sabitlik o zaman əldə olunacaq ki, təhlükəsizlik sahəsində uzunmüddətli, etibarlı təminatlar təmin olunsun.

Rusiyanın baş diplomatı ABŞ və AB-ni Avrasiyanı qarşıdurma meydanına çevirməkdə ittiham edib.

“NATO təkcə Avropada yox, Avrasiyanın şərqində (Asiya) də öz hərbi hegemonluğunu təmin etmək niyyətindədir”, - Lavrov əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər