Terrorizmi təbliğ etməkdə ittiham olunan Dağıstanın keçmiş idman naziri və Kızılyurtun keçmiş rəhbəri Maqomed Maqomedov Rusiya Federasiyasında terrorçu və ekstremistlər siyahısına daxil edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.
Qeyd edək ki, Maqomedov 2023-cü il oktyabrın əvvəlində xüsusilə külli miqdarda mənimsəmə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 160-cı maddəsinin 4-cü hissəsi) işi çərçivəsində saxlanılıb.
2024-cü il avqustun 12-də Maqomedov xidməti vəzifəsindən istifadə etməklə terrorizmi təbliğ etməkdə, habelə qanunsuz silah dövriyyəsində ittiham olunub.