Başqırdıstan yanacaq-energetika kompleksinin sənaye müəssisələri Ukrayna pilotsuz təyyarələrinin hücumuna məruz qalıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Başqırdıstanın rəhbəri Radiy Xabirov özünün "Telegram" kanalında məlumat yayıb.
O, hücumun 3 ədəd PUA tərəfindən həyata keçirildiyini deyib.
“Biz mümkün oxşar hücumlara qarşı birləşmiş müdafiə sistemi formalaşdırmışıq” - region rəhbəri qeyd edib.
Xəbirovun sözlərinə görə, ilk dron müəssisələrdən birinin ərazisinə düşüb. Partlayış dalğası binanın şüşəsini sındırıb. Digər iki pilotsuz təyyarə sənaye zonasına düşüb.
Başqırdıstan rəhbəri qeyd edib ki, tələfat və dağıntı yoxdur. Hücumdan sonra müəssisələr normal fəaliyyət göstərir. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər işləyir. Vəziyyət nəzarət altındadır.