Boliviyanın paytaxtı La-Pazda xüsusi istintaq bölməsi 21.6 ton kokaini məhv edib. Onun qara bazardakı dəyəri 2 milyard avro təşkil edir.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bild" nəşri yazır.
Xüsusi qrup içərisində "un" olan kisələrlə yüklənmiş yük maşınını saxlayıb. Sürücünün əsəbi davranışı hüquq-mühafizə orqanlarının diqqətini çəkib və onlar tam yoxlama aparmağa qərar veriblər. Amonyak qoxusu verən kokain iyi asayiş keşikçilərində şübhə yaradıb.
Narkotiklərin daşınmasında şübhəli bilinən bir neçə nəfər saxlanılıb.
22 ton kokain Avropaya göndərilmək üçün nəzərdə tutulub. Ələ keçirilən narkotik yandırılıb.