31 Oktyabr 18:07
231
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Almaniyadakı bütün baş konsulluqları bağlanır.

Teleqraf.com xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Almaniya XİN İran əsilli vətəndaşı Cəmşid Şarməhdin edam edilməsinə cavab olaraq İranın ölkədə üç konsulluğunu bağlayacağını açıqlayıb.

Qeyd edək ki, Cəmşid Şarməhd 2020-ci il avqustun 1-də Almaniyadan Hindistana səfəri zamanı üçgünlük Dubayda qalarkən İranın təhlükəsizlik orqanları tərəfindən qaçırılıb.

67 yaşlı Almaniya vətəndaşı barəsində ölüm hökmü 2024-cü ilin aprelində çıxarılıb. İran hakimiyyəti onu “Tondar” adlı müxalifət qrupunun lideri hesab edir. Bu, İranda terror təşkilatı siyahısına salınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər