01:17
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səkkiz minə yaxın Şimali Koreya hərbçisi Rusiya və Ukrayna sərhədində yerləşən Kursk bölgəsinə gəlib və yaxın günlərdə Ukrayna qüvvələri ilə döyüşməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinken ABŞ və Cənubi Koreya arasında aparılan danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu hərbçilər Ukraynaya qarşı döyüş və ya dəstək əməliyyatlarında iştirak edərlərsə, qanuni hərbi hədəfə çevriləcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər