31 Oktyabr 10:40
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın vaxtlarda Azərbaycan və Ermənistan sərhəd komissiyalarının əsasnaməsinin qüvvəyə minməsi barədə bir-birini xəbərdar edəcək.

Teleqraf.com-un məlumatına görə, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib

“2025-ci ildə sərhədlərin müəyyənləşdirilməsi işi davam etdiriləcək”, - nazir bildirib.

Onun sözlərinə görə, hazırda işlərin davam etdirilməsinə heç nə mane olmur.

Sülh müqaviləsi ilə bağlı son təkliflərdən danışan Mirzoyan qeyd edib ki, bu, heç bir qarşılıqlı razılaşma olmayan təkliflərə əsaslanır. Ermənistanın baş diplomatı söyləyib ki, İrəvan rəsmi Bakıya bu çərçivədə müqavilənin razılaşdırılmış bəndələr üzrə imzalanması təklifini verib.

“İctimai reaksiyalara görə, bu, Azərbaycan tərəfindən böyük həvəslə qarşılanmayıb”, - xarici işlər naziri qeyd edib.

Rəsmi Bakı İrəvandan Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılmasını tələb edir. Bu, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın əsas şərtidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər