Danimarka məhkəməsi Billund hava limanına "bomba qoyulması xəbəri işi" üzrə Rusiya vətəndaşının barəsində həbs qətimkan tədbiri seçib.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.
37 yaşlı Rusiya vətəndaşı partlayıcı maddələrin saxlanması və işə salınması, habelə xüsusilə ağır xarakterli oğurluğa cəhd və mühüm infrastrukturun işini pozmaqda ittiham olunub.
Qeyd olunur ki, təqsirləndirilən şəxs qismən təqsirini boynuna alıb.