31 Oktyabr 11:20
3 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həm Rusiyaya yaxın, həm də Avropa Birliyi (AB) üzvü olmaq mümkün deyil.

Teleqraf.com xəbər verir ki, bunu AB xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel deyib.

Birliyin baş diplomatı növbəti dəfə Gürcüstanın “Xarici agentlər haqqında” qanununu tənqid edib.

Borrel əlavə edib ki, həm Rusiyaya yaxın, həm də AB üzvü olmaq mümkün deyil.

“Gürcüstana “Xarici təsirin şəffaflığı haqqında” qanunu ləğv etmək üçün konkret plan təklif etmişik”, - AB diplomatiyasının rəhbəri bildirib.

Həmçinin o, əlavə edib ki, Gürcüstan hökumətindən istək olarsa, Brüssel yenidən AB ilə yaxınlaşmaq üçün aydın yol təklif edəcəyik.

Borrelin sözlərinə görə, son aylarda Gürcüstan hakimiyyəti tərəfindən konsolidasiya edilmiş tendensiya görürlər: ölkə Avropa yolundan, onun dəyərlər və prinsiplərindən uzaqlaşır.

AB rəsmisi Gürcüstanda keçirilən parlament seçkilərinin azad və ədalətli olmadığını, ciddi qanun pozuntuları ilə müşahidə olunduğunu iddia edib.

“Yaxın günlərdə baş verəcək hadisələri izləmək, seçkilər və müşahidə missiyasının aşkar etdiyi qanun pozuntularının araşdırılmasını gözləmək çox vacibdir”, - Borrel vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər