31 Oktyabr 16:30
1 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ilin fevralında Rusiya qoşunları Kiyevə yaxınlaşanda ukraynalı generallar mənimlə əlaqə saxlayaraq, təslim olmaq istədiklərini bildirmişdilər.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Qoşunlar Kiyevin ətrafında idi. Ukraynalı generallar mənə zəng edərək müharibəni dayandırmaq, bir növ təslim olmaq üçün məndən Putinlə əlaqə saxlamağımı istəmişdilər”, - Belarus lideri qeyd edib.

Lukaşenkonun sözlərinə görə, indi də Ukraynada münaqişənin bitməsini istəyən ağıllı insanlar var: “Təəccüblənəcəksiniz, amma (Ukraynada) bu qırğına son qoymaq istəyən hərbçilər var”.

Belarus lideri iddia edib ki, 2022-ci ilin yazında bütün Qərb və Vatikan lideri Papa Frensisk ondan Rusiya ordusunu dayandırmağı xahiş edib: “Qoşunlar Kiyevdən çıxarıldı, bəs sonra nə oldu?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər