Rusiya ordusu Vremivsk istiqamətində zirehli texnikalarla hücuma hazırlaşır. Piyada qrupları atəş dəstəyi altında hücuma keçəcəklər.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin deyib.
Onun sözlərinə görə, Zaporoje vilayətinin Priyutnı və Levadnı rayonlarında canlı qüvvənin dəstəklənməsi üçün zirehli texnikalardan istifadə planlaşdırılır. Ruslar artıq Zaporojenin ələ keçirilmiş ərazisindəki poliqonlardan birində müvafiq təlim keçiblər. Bundan əlavə, Rusiya PUA və müxtəlif sistemlərdən istifadə etməklə döyüş əməliyyatlarını daha aktiv şəkildə aparmağa hazırlaşırlar.
Voloşin bildirib ki, ruslar mövqelər arasında sürətlə hərəkət etmək, şəxsi heyəti və müəyyən növ silahları çatdırmaq üçün ən müxtəlif vasitələrdən istifadə etməyə davam edirlər: “Bu, düşmənə sürətlə hərəkət etməyə və minalanmış ərazilərdən rahat keçməyə imkan verir”.