Türkiyə ilə dinamik dialoqumuz var.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararart Mirzoyan deyib.
“Xatırlayırsınızsa, iki ölkənin ekspertləri sərhəddəki keçid məntəqəsinin infrastrukturunun vəziyyətinin qiymətləndirilməsi üzərində işləyiblər. İndi həmin işlər Qars-Gümrü dəmir yolu keçidi ilə bağlı infrastrukturun qiymətləndirilməsi istiqamətində aparılacaq”, - nazir qeyd edib.
Mirzoyanın sözlərinə görə, Türkiyə ilə dialoq ondan ibarətdir ki, iki ölkə diplomatik əlaqələr qurmalı, sərhədləri açmalı, nəqliyyat və digər kommunikasiyalara malik olmalı, münasibətlərini tənzimləməlidir:
“Türkiyə bu prosesi müəyyən qədər Azərbaycanla əlaqələndirir, fikrimizcə, bu, o qədər də konstruktiv (?) yanaşma deyil və dialoqumuzda Türkiyə ilə konkret razılaşmalarımız var və sair. Müəyyən kiçik miqyaslı birgə layihələr mövcuddur, məsələn, Aninin mədəni ilə bağlı, bu yöndə də dinamik dialoq var. Mən bir daha nikbinlik ifadə etmək istəyirəm ki, yaxın gələcəkdə irəliləyişlər olacaq”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-İrəvan münasibətlərinin normallaşmasının Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasına bağlı olduğunu açıqlayıb.