Noyabrın 5-də keçirilən seçkilərdə 60 milyona yaxın ABŞ vətəndaşı erkən səs verib.
Teleqraf.com xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Son məlumatlara görə, seçkilərdə 59 milyon 813 min 536 amerikalı iştirak edib. Onların əksəriyyəti yəni 32 milyondan çoxu seçki məntəqələrində səs verib, əhalinin qalan hissəsi isə poçt vasitəsilə səs verib.
Səsvermədə iştirak edənlərin 24,5 faizi Demokratlar Partiyasına , 23,9 faizi isə Respublikaçılar partiyasına səs verib. Səsvermədə iştirak edən 19 faizi isə partiya ilə bağlı qərarsızdır.
Ən çox seçici Texasda qeydə alınıb. Orada 7,3 milyon sakin gələcək prezidentə səs verib. Ştatlarda ikinci yeri 6,2 milyon seçici ilə Florida, 5,4 milyon seçici ilə isə Kaliforniya üçlükdə qərarlaşıb.